Ukrayna bunu etsə, Putin devriləcək Oqrızko

06.07.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ukrayna Krımı təcrid etməyə nail olarsa, bu, Rusiya daxilində ciddi siyasi nəticələrə səbəb ola və hətta Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafını ona qarşı sui-qəsd və ya hakimiyyət çevrilişi cəhdinə təhrik edə bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko deyib.

"İndidən internetdə “Putin nə üçün bizə lazımdır?”, “Nə baş verir?”, “Niyə bunun cəzasını biz çəkməliyik?” kimi başlıqlı videolar geniş yayılır. Artıq bu rejimin dəyişdirilməsinin zəruriliyi ilə bağlı da fikirlər səsləndirilir. Bu isə cəmiyyətdə əhvali-ruhiyyənin həqiqətən dəyişməyə başladığını göstərir. Hazırda onların qarşısında Putini təcrid etmək və ya onu aradan götürmək, daha sonra isə indiyədək toplanmış bütün problemlərin məsuliyyətini onun üzərinə yükləmək üçün ideal imkan yaranıb",- o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью