Ukrayna BVFdən 1,1 milyard dollar vəsait alıb

23.12.2024

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) 1,1 milyard dollar məbləğində altıncı tranşı alıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal özünün “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, vəsaitlər artıq Ukraynanın hesablarına daxil olub və kritik büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

"Ukrayna artıq bu proqram çərçivəsində BVF-dən 9,8 milyard dollar alıb", - deyə Şmıxal əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью