Ukrayna cəbhə xəttindən 1000 km aralıda olan neftayırma zavodunu vurub

22.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna son sutka ərzində Rusiyanın Samara regionunda neftayırma zavodunu vurub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, “Novokuybişevsk” neftayırma zavodundan əlavə olaraq, logistika mərkəzi də hədəfə alınıb.

Krıma edilən hücumda isə, Saki aerodromunda Rusiyaya məxsus Su-24M tipli qırıcı təyyarə məhv edilib.

Sözügedən zavodun cəbhə xəttindən 1000 kilometr məsafədə yerləşdiyi vurğulanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью