Ukrayna cəbhəsi dağıldı: Rusiya ordusu sürətlə irəliləyir

09.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin dərinliklərinə doğru irəliləməyə davam edir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin 150-ci, 59-cu və 68-ci mexanikləşdirilmiş motoatıcı briqadaları, eləcə də 117-ci yerüstü müdafiə briqadasının birləşmələri Derjinsk və Tarasovka qəsəbələri ərazilərində məhv edilib. Ukrayna Silahlı Qüvvələri əks-hücumları zamanı 420-yə qədər hərbi qulluqçu, bir tank, bir piyada döyüş maşını və İsveç istehsalı olan iki “Vikinq” zirehli transportyorunu itirib”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri həmçinin iki zirehli döyüş maşını, iki ədəd avtomobil, 152 mm-lik “D-20” və 122 mm-lik “D-3” haubitsasını da itirib.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью