Ukrayna cəbhəsində gözlənilməz gediş Rusiya taktikasını dəyişdi | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Rusiya Ukraynanın mülki infrastrukturuna zərbələr endirmə taktikasını dəyişib.
Əvvəllər toxunulmaz hesab olunan obyektləri hədəfə almağa başlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu “BILD” nəşrinin hərbi şərhçisi Yulian Repke deyib.
O xatırladıb ki, 5 dekabrda Moskva Ukraynaya qarşı 653 ədəd hava hücum vasitəsi buraxıb: “Buna “Şahed” dronları, həmçinin “Kinjal” hipersəs raketləri, Şimali Koreyanın KN-23 raketləri, “İskander”lər və “Kalibr” qanadlı raketləri daxildir.
Əsas zərbələrdən biri Kiyev yaxınlığındakı Fastov şəhərində yerləşən dəmir yolu qovşağına endirilib.
Ukrayna Baş nazirinin müavini Aleksey Kulebanın sözlərinə görə, dəmir yolu qovşağı, vağzal, elektrik qatarlarını servis edən depo və vaqon-parku zədələnib.
Rusiya əvvəllər dəmir yolu infrastrukturu üzrə sistemli zərbələri əsasən yalnız Ukraynanın şərqində endirirdi”.
Tam oxu
Xəbəri oxu