Ukrayna Çeçenistanda xüsusi polis alayının binasına zərbə endirib

12.12.2024

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çeçenistanda Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarması üzərində PUA-nın zərərsizləşdirilərək partlaması nəticəsində 4 polis əməkdaşı yüngül xəsarət alıb.

Bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Çeçenistan rəhbərinin sözlərinə görə, havada partlayan PUA binanın damını zədələyib, şüşələri qırıb. Əraziyə düşən hissələr yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb.

“Binaya ciddi ziyan dəyməyib”, – Kadırov qeyd edib.

Məlumata görə, zərərsizləşdirilən PUA Ukrayna Silahlı Qüvvələrinə məxsus olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью