Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ukraynada korrupsiya qalmaqalı yüksək həddə çatıb və Prezident Volodimir Zelenski vəzifəsindən uzaqlaşdırmaqla hədələnir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məqalədə qeyd edib ki, ukraynalılar Zelenskinin yaxın ətrafına qarşı irəli sürülən korrupsiya ittihamlarından hiddətlənib.
WSJ hesab edir ki, bu ittihamlar Prezidentin reputasiyasına o, vəzifəyə gəldikdən sonra Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) apardığı hər hansı digər araşdırmadan daha böyük zərbə vurub.
Ukraynalılar dronların və digər avadanlıqların alınması üçün bağışladıqları vəsaitin son nəticədə Ukrayna hökumətinin xeyrinə ola biləcəyindən şübhələnirlər.
Ukraynadakı vəziyyətdən narazılıq təkcə ölkə daxilində deyil, xaricdə də artır. ABŞ rəsmiləri Kiyevin Vaşinqtondan aldığı vəsaitlərin düzgün istifadə olunmasını şübhə altına alır. Bəzi Amerika rəsmiləri, o cümlədən ABŞ Prezidenti Donald Trampın özü Ukraynaya yardımın kəsilməsini açıq şəkildə müzakirə edirlər.
Tahir Turan
Globalinfo.az