Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Tverdə və Stavropol vilayətində yerləşən Rusiya neft bazalarına hücum edib.
Axar.az xəbər verir ki, bu barədə “Astra” nəşri məlumat yayıb.
Məlumata görə, ötən gecə Tverə PUA zərbəsi nəticəsində “Surqutnefteqaz” strukturuna daxil olan “Tvernefteprodukt” neft bazasında yanğın baş verib. Tver vilayətinin qubernatoru Vitali Korolyov da Tver neft bazasında baş verən yanğını təsdiqləyib.
Eyni zamanda, Stavropol vilayətində də neft bazası vurulub. Hücum nəticəsində Vyaznikidə yerləşən neft bazasında yanğın baş verib. Bu obyekt Mixaylovsk şəhərindəki digər “Lukoyl-yuqnefteprodukt” neft bazasından 1 kilometr məsafədə yerləşir. Region rəhbəri Vladimir Vladimirov Vyaznikidə yerləşən sənaye obyektinin ərazisində yanğın baş verdiyini təsdiqəyib.
Ukraynanın “Supernova” Teleqram kanalı isə Leninqrad vilayətindəki “Kirişinefteorqsintez” neft emalı zavoduna da hücum edildiyini bildirib.