Ukrayna daha bir aerodromu vurdu: MiQ və “Su” məhv edildi

09.06.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

İyunun 9-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə birgə Rusiya Federasiyasının Nijni Novqorod vilayətində yerləşən Savasleyka aerodromuna zərbələr endirib.

Axar.az əbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində MiQ-31 və Su-30/34 da daxil olmaqla, Rusiya qırıcıları məhv edilib.

Qeyd edək ki, 1 iyunda Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi "Hörümçək toru" əməliyyatı nəticəsində 4 aerodromda Rusiyanın 41 hərbi təyyarəsi vurulmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью