Ukrayna daha bir F 16 qırıcısını itirdi

29.06.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ukrayna iyunun 29-na keçən gecə daha bir "F-16" qırıcısını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

Bildirilir ki, qırıcı döyüş əməliyyatı zamanı zədələnib və hündürlüyünü itirməyə başlayıb. Təyyarənin pilotu katapult etməyə macal tapmayaraq həlak olub.

Bu, Ukraynanın vurulduğunu etiraf etdiyi dördüncü "F-16"dır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью