Ukrayna daha bir müqavilədən çıxır

20.08.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ukrayna MDB çərçivəsində daha bir müqavilədən çıxmağı nəzərdə tutur.
Newscenter.az TASS-a istinadən bildirir ki, ölkənin Ali Radasında MDB ilə tikinti lisenziyalarının qarşılıqlı tanınması haqqında sazişdən çıxmaq barədə qanun layihəsi qeydiyyata alınıb. Bu barədə hökumətin Radadakı daimi nümayəndəsi Taras Melniçuk bildirib.
"Ukrayna Nazirlər Kabineti Ukrayna Ali Radasında "Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin lisenziyalaşdırma orqanları tərəfindən verilən tikinti fəaliyyəti üçün lisenziyaların qarşılıqlı tanınması haqqında Sazişdə iştirakın dayandırılması haqqında" qanun layihəsini (qeydiyyat nömrəsi 0383) qeydiyyata alıb", - deyə o, özünün Telegram kanalında bildirib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti müntəzəm olaraq Rusiya, Belarus və MDB ilə bağlanmış müqavilələrdən çıxdığını elan edir.
Anar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью