Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna ordusu Rusiyanın Nijeqorod vilayətinin Kstovo şəhərindəki “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavoduna zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisində partlayış və yanğınlar qeydə alınıb.
Qeyd edək ki, bu zavod Rusiyanın ən böyük neft emalı müəssislərindən biridir. Zavodda ildə 17 milyon ton neft emal olunur.