Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna ordusu Rusiyanın Ryazan vilayətindəki neft emalı zavoduna zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Zərbələr nəticəsində zavodun ərazisində güclü yanğınlar başlayıb.
Qeyd edək ki, zavodun illik neft emalı gücü təxminən 17–18 milyon ton təşkil edir. Zavodda avtomobil benzini, dizel yanacağı, aviasiya benzini, mazut və bitum istehsal olunur.