Ukrayna daha bir şəhərini itirmək üzrədir

10.07.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Rusiya ordusu son bir neçə gündə Ukraynanın Severski şəhəri yaxınlığında əhəmiyyətli irəliləyiş əldə edib. Artıq şəhərətrafı 1 km-dən az məsafədədir.
Reyting.az
TASS-a istinadla bildirir ki, bu barədə hərbi ekspert Andrey Maroçko məlumat verib.
Onun sözlərinə görə, son bir neçə gündə Rusiya Silahlı Qüvvələri uğurlu manevr edərək Severskdən şərqdə yerləşən Çubarovski gölünün şimalında iki meşə zolağını tamamilə zəbt edib. Nəticədə cəbhənin bir hissəsində şəhərə olan məsafə 900 m-ə endirilib.
Maroçko qeyd edib ki, hazırda şəhər yaxınlığında şiddətli döyüşlər gedir. Kiyev isə vəziyyəti sabitləşdirmək üçün "təcili olaraq" Severskdə Ukrayna Silahlı Qüvvələri qrupunu qurur.
E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью