Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ nümayəndə heyəti Ukraynaya təqdim edilən sənədlə bağlı Rusiya nümayəndə heyəti ilə ayrıca görüş keçirməyi planlaşdırır.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ rəsmisi “ABC News”-a bildirib ki, Ruslarla planlaşdırılan görüşün yeri barədə heç bir məlumat verilməyib.
Məsələyə yaxın yüksək vəzifəli Ukrayna rəsmisi bildirib ki, ABŞ Ukraynanı Kiyev təklif olunanlarla razılaşmasa, bütün yardımların tamamilə dayandırılması ilə hədələyib.
Rəsmi bildirib ki, buna hava hücumundan müdafiə raketlərinin tədarükü, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsi və ABŞ-nin silah təchizatı və dəstəyi ilə bağlı bütün digər öhdəliklər daxil olacaq.
Xatırladaq ki, 23 noyabrda Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndə heyətləri arasında Vaşinqtonun təklif etdiyi sülh planı ilə bağlı danışıqlar aparılıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin