Ukrayna Danimarkadan 1 milyard avroyadək hərbi yardım alacaq

14.11.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ilin sonunadək Danimarkadan 1 milyard avroyadək hərbi yardım alacaq.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 13-də Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, Danimarkanın 645 milyon avro dəyərində dəstək paketi var:

"Paketə müxtəlif yardım növləri, o cümlədən reaktiv "Şahed" dronlarını vurmaq üçün F-16 qırıcılarına nəzərdə tutulan 20 mm-lik sursat, dron istehsalına ayrılan təxminən 200 milyon avro və birgə istehsal üçün vəsait daxildir. Xerson vilayəti üçün ayrıca enerji dəstəyi paketi də nəzərdə tutulub. Regionda enerji sektorunun ağır vəziyyətdə olması ilə bağlı da Danimarka tərəfinə müraciət etmişəm".

V.Zelenski həmçinin Ukraynanın ehtiyac duyduğu F-16 qırıcıları üçün böyük həcmdə sursat tədarükünün müzakirə olunduğunu deyib:

"Söhbət altı ay üçün nəzərdə tutulan 800 min ədəd sursatdan gedir. Danimarkada keçirilən görüş zamanı tərəflər bu məsələnin həlli ilə bağlı razılığa gəlmişik".

Ukrayna Prezidenti əlavə edib ki, "Ramştayn" formatında keçiriləcək növbəti görüşə hazırlaşır:

"Əsas müzakirə mövzuları Ukraynaya verilən F-16 qırıcılarının sayının artırılması və hava hücumundan müdafiə sisteminin gücləndirilməsi olacaq".

V.Zelenski eyni zamanda ölkəsinin peyk sistemi ilə bağlı da Avropa ölkələri ilə razılaşmaların əldə olunduğunu vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью