Ukrayna Danimarkadan F16 qırıcılarını alıb Zelenski

07.12.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Danimarka F-16 qırıcı təyyarələrinin ikinci partiyasını Ukraynaya göndərib.

Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.

“Danimarkanın Ukrayna üçün göndərdiyi F-16 qırıcılarının ikinci partiyası artıq ölkədədir”, - deyə dövlət başçısı bildirib.

İkinci partiyada Kiyevə tədarük olunan qırıcıların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, noyabr ayında Danimarkanın Baş naziri Mette Frederiksen altı ədəd F-16 qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью