Ukrayna Danimarkadan F16 qırıcılarının ikinci partiyasını alıb

07.12.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Danimarka F-16 qırıcı təyyarələrinin ikinci partiyasını Ukraynaya göndərib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.

“Danimarkanın Ukrayna üçün göndərdiyi F-16 qırıcılarının ikinci partiyası artıq ölkədədir”, - deyə dövlət başçısı bildirib.

İkinci partiyada Kiyevə tədarük olunan qırıcıların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, noyabr ayında Danimarkanın Baş naziri Mette Frederiksen altı ədəd F-16 qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını elan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью