Ukrayna Danimarkadan F16ların ikinci partiyasını alıb

07.12.2024

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

"F-16" qırıcılarının ikinci partiyası artıq Danimarkadan Ukraynaya gətirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Telegram" kanalında məlumat verib.

"Danimarkadan Ukrayna üçün "F-16"ların ikinci partiyası artıq ölkədədir", - deyə dövlət başçısı danimarkalılara təşəkkür edərək yazıb. Zelenski Kiyevin neçə təyyarə aldığı barədə dəqiq rəqəm göstərməyib.

Noyabr ayında Danimarkanın baş naziri Mette Frederiksen 6 "F-16" qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bununla bağlı mövqe bildirərkən bəyan edib ki, "F-16" hərbi əməliyyatların gedişinə təsir edə biləcək məlhəmə çevrilə bilməyəcək və “Rusiya silahlı qüvvələri tərəfindən ardıcıl olaraq məhv ediləcək”.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью