Ukrayna Danimarkadan uzaqmənzilli silahlar alacaq

19.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Danimarkadan hərbi yardım paketi çərçivəsində uzaqmənzilli silahlar alacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” kanalında bildirib.

"Bu gün Danimarkadan yeni bir dəstək paketi var və bu paket, ilk növbədə, dövlətimizin çox ehtiyac duyduğu uzaqmənzilli imkanlardır", - deyə o bildirib.

Qeyd edək ki, Zelenski Danimarkanın baş naziri Mette Frederiksen ilə danışıqlardan sonra Danimarkadan uzaqmənzilli silahlar aldığını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью