Ukrayna Danimarkadan uzaqmənzilli silahlar alacaq

19.11.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Ukrayna Danimarkadan hərbi yardım paketi çərçivəsində uzaqmənzilli silahlar alacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” kanalında bildirib.

"Bu gün Danimarkadan yeni bir dəstək paketi var və bu paket, ilk növbədə, dövlətimizin çox ehtiyac duyduğu uzaqmənzilli imkanlardır", - deyə o bildirib.

Danimarka Ukraynaya həmçinin 6 ədəd "F-16" qırıcısı təhvil verib, Kopenhagen Kiyevə daha 13 təyyarə tədarük etməyi planlaşdırır.

Qeyd edək ki, Zelenski Danimarkanın baş naziri Mette Frederiksen ilə danışıqlardan sonra Danimarkadan uzaqmənzilli silahlar aldığını açıqlayıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью