Ukrayna danışıqları dayandırıldı SƏBƏB

05.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski İrandakı müharibə səbəbindən üçtərəfli sülh danışıqlarının təxirə salındığını açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Zelenski axşam saatlarında etdiyi videomüraciətində təhlükəsizlik vəziyyəti və siyasi konyunkturun uyğunlaşması ilə danışıqlara qaldıqları yerdən davam edəcəklərini bildirib.

Zelenski Ukrayna, Rusiya və ABŞ arasında planlaşdırılan üçtərəfli görüşlərin taleyi ilə bağlı bu qiymətləndirməni aparıb: "Hazırda İran ətrafındakı vəziyyətə görə üçtərəfli görüş üçün lazımi siqnallar mövcud deyil. Lakin təhlükəsizlik vəziyyəti və ümumi siyasi kontekst həmin üçtərəfli diplomatik işin davamına imkan verən kimi bu, reallaşacaq. Ukrayna buna hazırdır".

Zelenski daha əvvəlki açıqlamalarında Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşlərin 5-6 mart tarixlərində Əbu-Dabidə baş tutma ehtimalından bəhs etmişdi. Lakin İranın raket hücumları nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də münaqişənin bir hissəsinə çevrilməsi sammitin ləğvinə yol açdı.

ABŞ-İsrail birgə əməliyyatından sonra İranın cavab olaraq Fars körfəzindəki ABŞ bazalarına və BƏƏ-yə təşkil etdiyi raket hücumları Dubay və Əbu-Dabi hava limanlarında partlayışlara səbəb olmuş, bir nəfər həyatını itirmişdi. Bu hadisələrdən sonra BƏƏ hava məkanını müvəqqəti olaraq mülki uçuşlar üçün bağlayarkən, planlaşdırılan üçtərəfli sammit də gündəmdən düşmüşdü.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью