Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Stiv Uitkoff və Cared Kuşnerin 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda ABŞ-ı təmsil edəcəkləri gözlənilir.
Bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Uitkoff daha əvvəl ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcəyini açıqlamışdı. Lakin o, ABŞ tərəfini kimin təmsil edəcəyini bildirməmişdi.
///apa.az