Ukrayna danışıqlarından sonra Əbu Dabidə nadir olay: ildə 7 dəfə olurmuş

25.01.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna ilə bağlı danışıqlardan sonra Əbu-Dabidə nadir hadisə yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Belə ki, danışıqlardan sonra Əbu-Dabidə güclü yağış başlayıb.

“Yerli sakinlər bildiriblər ki, BƏƏ-nin paytaxtı üçün bu cür yağış olduqca nadirdir. Əbu-Dabidə yağışlı günlərin sayı ildə yeddi gündən çox deyil”, – deyə qeyd edilib.

Xatırladaq ki, yanvarın 24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında iki günlük üçtərəfli danışıqlar başa çatıb.

ABŞ rəsmilərinin sözlərinə görə, danışıqların növbəti mərhələsi 1 fevralda Əbu-Dabidə keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью