​Ukrayna “de fakto” NATO üzvü olmalıdır Finlandiya prezidenti

04.03.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna “de-fakto” NATO üzvü olmalıdır.

Metbuat.az xəbər verir ki, Finlandiya Prezidenti Alexander Stubb belə açıqlama verib. O Londonda keçirilən Ukrayna sammitindən sonra bildirib ki, Avropa ölkələri arasında fikir ayrılığı olsa da, London sammiti məhsuldar keçib. Stubbun sözlərinə görə, sülh planı ilə Ukrayna hərbi və iqtisadi cəhətdən gücləndirilməli və sanksiyalar vasitəsilə Rusiyaya təzyiq artırılmalıdır.

Prezident bildirib ki, əvvəlcə Ukraynanın rəhbərlik etdiyi və Avropanın dəstəklədiyi təhlükəsizlik sistemi yaradılmalı, ardınca atəşkəs və sülh danışıqları başlamalıdır. Ukraynanın hazırda NATO-ya üzv olmasının çətin olduğunu ifadə edən Stubb, əvəzində Kiyevə faktiki üzvlük verilməsini təklif edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью