Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Ukrayna silahlı münaqişənin uzanması ilə demoqrafik çöküş riski ilə üzləşir.
Bakıvaxtı.az "The Economist"ə istinadən xəbər verir ki, bu, Kiyevdə yerləşən İqtisadi Strategiya Mərkəzinin hesabatında yer alıb.
Hesabata görə, Kiyevin nəzarətində olan ərazidə əhali 2022-ci ildən bəri təxminən 37 milyondan 27-28 milyona düşüb. Hazırda təxminən 3-5 milyon ukraynalı Rusiyada yaşayır, 5 milyondan çoxu isə başqa ölkələrə köçüb.
Qaçqınların yalnız 43 faizi evə qayıtmağı planlaşdırır ki, bu da 2022-ci ildəki 74 faizdən aşağıdır.
BMT-nin məlumatlarına görə, növbəti bir neçə onillikdə əhalinin illik azalması 0,7-0,9 faiz olacaq. Hərbi əməliyyatların 2030-cu illərə qədər davam edəcəyi təqdirdə, Ukraynada 2040-cı ildə təxminən 25 milyon insan qalacaq.
Gülşən Şərif