Ukrayna Dneprin sol sahilini ələ keçirmək istəyir Saldo

04.04.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilinə enmək cəhdlərini davam etdirir, lakin bu cəhdlər 80% hallarda Rusiya hərbçiləri tərəfindən dayandırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Xerson vilayətinin "qubernatoru" Volodimir Saldo RİA Novosti ilə söhbətində bildirib:

"Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının nəzarətində olan Xerson vilayətinin ərazisinə enmək cəhdlərindən əl çəkmir. Bu cəhdlərin hamısı uğursuzluğa məhkumdur. Cəhdlərin 80%-inin qarşısı birbaşa suda alınıb".

Onun sözlərinə görə, bəzi Ukrayna desantları sol sahilə keçsələr də, onlar məhv edilib.


Zaur,BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью