Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə qoşunlarının Donbasdan könüllü şəkildə çıxarılmayacağını bildirib.
Turkustan.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Donbasdan geri çəkilmək Ukrayna üçün müharibədə məğlubiyyət anlamına gəlir.
O, belə bir addımın döyüş şəraitində yaranan məcburi geri çəkilmədən fərqli olduğunu vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, söhbət hərbi əməliyyatlar zamanı mövqelərin itirilməsindən deyil, ölkə ərazisinin könüllü şəkildə tərk edilməsindən gedir./Globalinfo.az