Ukrayna dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən 3 milyard avro əldə edib | I…
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya vəsaitin verilməsini nəzərdə tutan ERA təşəbbüsü çərçivəsində Ukraynanın dövlət büdcəsinə Aİ-dən 3 milyard avro daxil olub.
Bizimyol.info xəbər verir ki, bu barədə , Ukraynanın baş naziri Denis Şmıxal bildirib.
“Bu, Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilən ilk vəsait tranşıdır.
Ukrayna bu resursu prioritet büdcə xərclərinə yönəldəcək”, - deyə baş nazir bildirib.
O qeyd edib ki, ümumilikdə "G7 ERA" təşəbbüsü Ukraynaya 50 milyard dolların göndərilməsini nəzərdə tutur ki, bunun da 20 milyard dollarını Avropa İttifaqı verəcək.
“Beləliklə, biz “Rusiya ödəyəcək” prinsipini həyata keçiririk və 2025-ci ildə Ukraynanın maliyyə sabitliyini gücləndiririk”, - deyə Şmıqal vurğulayıb.
Maliyyə Nazirliyi qeyd edib ki, Rusiya Mərkəzi Bankının Aİ-də dondurulmuş aktivləri 210 milyard avro təşkil edir və Aİ-nin rəsmi məlumatlarına görə, dünya üzrə belə hərəkətsizləşdirilmiş aktivlərin əksəriyyətini təşkil edir.
Tam oxu
Xəbəri oxu