Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Donetsk vilayətinin şimalında hücuma başlayıb.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanı Andrey Biletski məlumat verib.
“3-cü Ordu Korpusu 75 kvadrat kilometrlik ərazini Rusiya diversiya qruplarından təmizləyib. Bu ərazi regiondakı əsas istehkamların — Slavyansk və Kramatorsk şəhərlərinin şimalında yerləşir. Onların ələ keçirilməsi Rusiyanı bütün regionu zəbt etmək məqsədinə nail olmağa daha da yaxınlaşdırardı”, - Biletski bildirib.
Onun sözlərinə görə, “Vivaldi” adını alan əməliyyat nəticəsində onun qoşunları Rusiyanın hərbi təchizat xətlərini pozaraq üç kəndi və dördüncü kəndin ətrafındakı ərazini azad edib:
“Sredneye kəndi tamamilə Ukraynanın nəzarətinə keçib”.