Ukrayna Donetskin daha 2 kəndini azad etdi

20.09.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Vivaldi” əməliyyatın iki mərhələsi ərzində 3-cü Ordu Korpusu və ona tabe bölmələr 125 km² ərazini (o cümlədən yeni azad edilmiş 50 km²-i) Ukraynanın nəzarətinə qaytarıb. İkinci mərhələdə isə Şandriqolovo və Derilovo yaşayış məntəqələri azad edilib, həmçinin Drobışevo üzərində tam nəzarət təmin olunub.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanı Andrey Biletski deyib.

“PUA-lar və pilotsuz yerüstü nəqliyyat vasitələri piyada qoşunlarının qarşısında fəaliyyət göstərərək, düşmən xəttinin 10 km-dən çox dərinliyinə ağır partlayıcı yüklər çatdırır. Rusiyanın 20-ci, 25-ci və 1-ci tank ordularına qarşı əməliyyat davam edir”, - Biletski bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanı Andrey Biletski bir neçə gün öncə ordunun “Vivaldi” əməliyyatına başladığını açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью