Ukrayna dost olmayan ölkələr üçün departament yaradacaq

08.07.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Xarici İşlər Nazirliyi dost olmayan ölkələrlə işləmək üçün yeni struktur yaradacaq.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən əbər verir ki, bu barədə departamentin rəhbəri Andrey Sıbıqa məlumat verib.

O, yeni strukturun yaradılması ilə bağlı sərəncamı iyulun 7-də imzalayıb.

"Bizim yeni ayrı-ayrı departamentlərimiz olacaq. Məsələn, dost olmayan ölkələrin idarəsi. Bura təkcə Rusiya deyil, həm də onun Şimali Koreya və ya Belarus kimi müttəfiqləri daxil olacaq. İdarənin fəaliyyəti təhlükələrə qarşı mübarizəyə yönəldiləcək" - Sıbıqa qeyd edib.

O, həmçinin bildirib ki, Xarici İşlər Nazirliyində NATO məsələləri üzrə ayrıca şöbə və Aİ departamenti yaradılacaq. Departament Ukraynanın Avropa İttifaqına birbaşa daxil olması üzərində işləyəcək.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью