Moderator.az saytına istinadən Icma.az xəbər verir. Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Pokrovsk rayonunun Mİrnoqrad icmasındakı S
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, "DeepState" layihəsinin məlumatına görə, eyni zamanda Rusiya qüvvələri Mirnoqrad və D
Hesabatda deyilir: "Düşmən Mirnohrad və Dorojnyanka yaxınlığında irəliləyib. Suxetskoye düşməndən təmizlənib".
Analitiklər həmçinin döyüş xəritəsini yeniləyiblər. Suxetskoye kəndi artıq yaşıl zonadadır, yəni Ukrayna qüvvələri kəndə nəzarət edir.
Qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son hesabatında Rusiya qüvvələrinin Suxetskoyedən təmizlənməsi barədə məlumat verilməyib.
Xatırladaq ki, 12 yanvarda Kupyanskın təmizlənməsi zamanı Milli Qvardiya qoşunları şəhər şurası binasının üzərində Ukrayna bayrağını qaldırıblar.
Bundan əlavə, son məlumatlara görə, 225-ci əlahiddə həmlə alayının "Pentaqon" taborunun pilotları Zaporojye vilayətində "Knyaz Veşiy Oleq" adlı yeni Rusiya pilotsuz uçuş aparatını (PUA) məhv etməyi bacarıblar.
"Pentaqon" pilotsuz sistemlər taborunun məlumatına görə, bu, təyyarə tipli kəşfiyyat dronudur.