Ukrayna dronları lazerlə vurur Dünyada ilk dəfə (Video)

26.11.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna dünyada ilk dəfə döyüş lazerindən istifadə etməklə reaktiv "Şahed" dronunu məhv edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müdafiə texnologiyaları üzrə müşaviri Sergey Beskrestnov (Flash) məlumat verib.

Onun sözlərinə görə, ölkənin mühüm infrastrukturunu qoruyan "Carmine Sky" şirkətinin "Blysk" lazer hava hücumundan müdafiə sistemi Rusiyanın "Geran" reaktiv dronunu vurub. Beskrestnov hadisənin dünyada ilk belə uğurlu əməliyyat olduğunu bildirib.

Məlumata görə, lazer sistemi "Şəxsi Hava Hücumundan Müdafiə" dövlət proqramı çərçivəsində "Brave1" müdafiə klasterinin dəstəyi ilə hazırlanıb.

Sistem noyabrın əvvəlində Kiyevdə yerləşdirilib. Onun lazer gücü 4 kilovat, təsir məsafəsi isə 1 kilometrə qədərdir. İstehsalçının bildirdiyinə görə, sistem FPV dronları saniyənin bir hissəsində, "Şahed" tipli dronları isə bir neçə saniyə ərzində məhv edə bilər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью