Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, Ukraynanın müdafiə şirkəti “Fire Point”in məlumatına görə, hücum Ukrayna istehsalı olan "FP-1" pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Bildirilir ki, vurulan obyekt Mərkəzi Rusiyanın ən böyük “Wildberries” logistika mərkəzlərindən biridir.
Kompleks tam istifadəyə verildikdən sonra sahəsinin təxminən 175 min kvadratmetr, tutumunun isə 120 milyondan çox məhsul vahidi olması planlaşdırılırdı.
“Fire Point” qeyd edib ki, iri logistika mərkəzlərinin sıradan çıxarılması Rusiyaya əlavə iqtisadi təzyiq yaradır, təchizat zəncirlərini pozur, infrastrukturun bərpası xərclərini artırır və ölkənin ən böyük elektron ticarət şirkətlərindən birinin fəaliyyətinə təsir göstərir.
Bundan əvvəl də Ukrayna dronlarının Rusiyanın Samara vilayətində yerləşən “Wildberries” logistika mərkəzinə zərbə endirdiyi bildirilmişdi. 130 min kvadratmetrlik həmin mərkəzin tam işə düşdükdən sonra 120 milyon məhsul saxlaya biləcəyi açıqlanmışdı.
Həmçinin avqustun 3-nə keçən gecə Ukrayna dronlarının Rusiyanın Belqorod şəhərinə hücum etdiyi və nəticədə Belqorod Dövlət Texnologiya Universitetində genişmiqyaslı yanğın baş verdiyi barədə məlumat yayılıb.
Ukrayna tərəfi bundan əvvəl də Rusiyanın hərbi və enerji obyektlərinə, o cümlədən “Engels” aerodromu, neft emalı zavodları və yanacaq bazalarına zərbələr endirdiyini açıqlayıb.
Bizimyol.info