Ukrayna dronu Tararıstandakı zavodu yerlə yeksan etdi VİDEO

08.07.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Tatarıstan bölgəsində yerləşən nəhəng neft-kimya müəssisəsi – "Aşağıkamskneftxim" (Нижнекамскнефтехим) ciddi hərbi hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, zərbə müəssisənin ikinci sənaye zonasına – neft-kimya qurğularının yerləşdiyi ən vacib texnoloji meydançalardan birinə endirilib.
Vurulan sahə zavodun istehsal gücünün əsasını təşkil edən, neft-kimya məhsullarının emalı üçün kritik əhəmiyyət daşıyan qurğuların olduğu zonadır.
 

Hadisədən dərhal sonra şəhərdə ciddi çaxnaşma yaşanıb. Yanacaq çatışmazlığı və qiymət artımı ehtimalından narahat olan sürücülər yanacaqdoldurma məntəqələrinin (YDM) qarşısında kilometrlərlə uzun növbələr yaradıblar.


Ekspertlər hesab edir ki, bu zərbə Rusiyanın yanacaq təchizatı zəncirinə vurulan növbəti ağır zərbədir. Volqoqraddan sonra Aşağıkamskda da yaşanan bu vəziyyət, ölkənin enerji infrastrukturunun təhlükəsizlik boşluqlarını və daxili bazardakı yanacaq qıtlığının miqyasını bir daha ortaya qoyub.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью