Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Mümkündür ki, dron, sadəcə, hədəfə çırpılmayıb, həm də Rusiyanın neft emalı zavoduna bomba atıb…" Cümə axşamına keçən gecə və ya çərşənbə günü gecə saatlarında Ukraynanın 14-cü əlahiddə alayının pilotsuz uçuş aparatları Rusiya-Belarus sərhədinə yaxın, Bryansk vilayətində yerləşən "Drujba" neft kəmərinin nasos stansiyasına hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
Nəşr yazır ki, hücum, çox güman ki, Ukraynanın yeni dronu tərəfindən həyata keçirilib.
"Drujba" dünyanın ən böyük neft kəmərlərindən biridir və Rusiyanın neft sənayesində əsas rol oynayır.
Zərbə nəticəsində yanğın baş verib, bu yanğını NASA-nın peykləri qeydə alıb.
"WarTranslated"-ın estoniyalı analitiki vurğulayıb ki, "yanğının intensivliyinə əsasən, hücum dəqiq olub".
Son iki il ərzində Ukrayna qüvvələri Rusiya neft obyektlərini mütəmadi olaraq kamikadze-dronlarla hədəfə alıb.