Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna tərəfi əsas diqqəti "humanitar istiqamətə" yönəltməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov rəsmi teleqram kanalında bildirib.
O, diplomatik prosesin davam etməsinin vacibliyini vurğulayıb, eyni zamanda Ukraynanın sülhün bərqərar olmasına hamıdan çox can atdığını qeyd edərək, dialoqun konstruktiv keçəcəyinə ümidvar olduğunu bildirib.
“Görüşdə humanitar istiqamətə böyük diqqət yetirməyi planlaşdırırıq. Əsir mübadiləsini intensivləşdirmək olduqca vacibdir. BƏƏ-dəki dialoqun praktiki nəticələr verəcəyinə ümid edirəm”, - K.Budanov əlavə edib.
Xatırladaq ki, Vaşinqtonun vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə planlaşdırılan danışıqlar noyabrın 10-u və 11-də baş tutacaq. Bu görüş, təxminən doqquz aylıq fasilədən sonra üçtərəfli formatda keçirilən ilk rəsmi təmas olacaq.