Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynaya Ekvadordan muzdlu əsgərlər gətirilib.
Newscenter-az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya təhlükəsizlik orqanları məlumat yayıb. Məlumata görə, Ekvadordan muzdlu əsgərlər bölməsi əks-hücumlar aparmaq üçün Xarkova gəlib.
"Onlar Kazaçya Lopan və Qoptivka ərazilərində əks-hücumlar aparmaq üçün yerləşdiriləcəklər",- deyə bildirilib.
Bundan əvvəl Rusiya təhlükəsizlik qüvvələri Xarkov vilayətinin Doljanka kəndi yaxınlığında bir qrup xarici muzdlu əsgərin Rusiya qoşunlarına təslim olmaq niyyətində olduğunu bildirmişdi. Dörd yaraqlıdan üçünü Ukrayna Silahlı Qüvvələrinin maneə dəstələri öldürmüşdü.
Təhlükəsizlik orqanlarının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrində ümumilikdə 16.500 xarici muzdlu əsgər var.
Anar