Ukrayna elan etdi Rusiya ilk dəfə qitələrarası raket atdı

21.11.2024

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Hərbi Hava Qüvvələri bu gün ölkəyə hava hücumu zamanı Rusiya ordusunun müxtəlif bombalardan, o cümlədən qitələrarası ballistik raketdən istifadə etdiyini bildirib.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ukrayna Hərbi Hava Qüvvələrinin "Telegram" hesabından edilən yazılı açıqlamada Rusiya ordusunun bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərinə hava hücumu təşkil etdiyi açıqlanıb.

Açıqlamada Dnepr şəhərindəki sənaye sahələrinin və kritik infrastrukturun hücumlarda hədəf alındığı qeyd edilib.

Bildirilib ki, hücumlar səbəbindən ölkənin müxtəlif şəhərlərində, xüsusilə də Kiyevdə elektrik enerjisi kəsilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью