Ukrayna elektrik şəbəkələrində Avropa gərginlik standartına keçəcək

24.04.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna iyulun 1-dən elektrik şəbəkələrində Avropa gərginlik standartına keçəcək.

Bakıvaxtı.az "Ukrainska Pravda"ya istinadən xəbər verir ki, Avropa standartı 230 V elektrik təchizatı gərginliyi Ukraynadakı əvvəlki 220 V təchizatı gərginliyini əvəzləyəcək.

 Məlumata görə, bu qərar enerji səmərəliliyinin artırılmasına töhfə verəcək və elektrik enerjisi təchizatının keyfiyyətinə müsbət təsir göstərəcək.

Xatırladaq ki, ötən il Ukrayna beş Avropa ölkəsindən elektrik enerjisi idxalı tələb edib. Bura Polşa, Rumıniya  Slovakiya, Macarıstan və Moldova daxildir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью