Ukrayna enerji sektorunu dəstəkləmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait alacaq

03.02.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq çərçivəsində "Ukrenerqo" Milli Enerji Şirkəti üçün əlavə 90 milyon avro, təbii qazın alınması üçün isə 160 milyon avro alacaq.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal EBRD-in birinci vitse-prezidenti Qreqori Qayetlə görüşün yekunlarına dair öz teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, vəsaitlər ölkənin enerji sisteminin fəaliyyətinin sabitləşdirilməsinə və Rusiya hücumları nəticəsində enerji güclərinin bir hissəsinin itirilməsindən sonra yaranan çatışmazlığın kompensasiyasına yönəldiləcək.

Şmıqal qeyd edib ki, EBRD ilə birlikdə enerji sektorunda 13 layihə həyata keçirilir, bunların arasında qaz hasilatının dəstəklənməsi, elektrik şəbəkələrinin və su elektrik stansiyalarının bərpası, həmçinin nüvə təhlükəsizliyinin gücləndirilməsi var.

Görüş zamanı Ukraynanın enerji sistemindəki vəziyyət, bugünkü hücumun nəticələri və infrastrukturun qorunması üzrə tədbirlər müzakirə olunub. Qış mövsümündə ehtiyacların təmin edilməsi üçün qaz idxalına xüsusi diqqət yetirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью