Ukrayna ərazi güzəştlərinə gedə bilər Makron

18.08.2025

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ukrayna təhlükəsizlik zəmanətləri əldə etmək naminə bəzi əraziləri güzəştə gedə bilər.

Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

“Atəşkəs, müvəqqəti sülh və ya sülh sazişi çərçivəsində bir ölkə müəyyən əraziləri itirdiyini, onların dondurulduğunu qəbul edə bilər”, - Makron qeyd edib.

Fransa prezidenti əlavə edib ki, Kiyev bu əraziləri Rusiyanın suverenliyi altında olan ərazilər kimi tanımır, lakin onların döyüşlər nəticəsində itirildiyi faktını qəbul edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью