Ukrayna ərazi itirdi Rusiya daha bir şəhərə qoşun yeritdi

15.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya qoşunları Donetsk vilayətinin Pokrovsk şəhərinin Yantarnı kəndini işğal ediblər, həmçinin Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsində irəliləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

“Düşmən Yantarnı zəbt edib, həmçinin Yasenovo, Uspenivka, Çasiv Yar, Novoelyzavetivka və Yantarnı ətrafında irəliləyib”, - məlumatda deyilir.

Qrup əlavə edib ki, Çasiv Yar şəhəri ərazisində toqquşma xətti dəqiqləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью