Ukrayna əraziləri ilə bağlı vahid yanaşma yoxdur Zelenski

08.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Hazırda ABŞ-nin vasitəçiliyi ilə sülh təşəbbüsünü müzakirə edən danışıqlar iştirakçıları ölkənin şərqindəki ərazilərlə bağlı fərqli baxışlara malikdirlər".

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna arasında fərqli baxışlar var və Donbasla bağlı vahid yanaşma yoxdur.

"Danışıqlar ərazi məsələsinə görə dalana dirənib", - Ukrayna lideri ifadə edib. 

Zelenski əlavə edib ki, ABŞ-nin planının elementləri bir sıra “həssas məsələlər”, o cümlədən Ukrayna üçün təhlükəsizlik təminatları və şərq regionlarına nəzarətin əlavə müzakirəsini tələb edir.

O qeyd edib ki, danışıqlarda Donetsk və Luqansk vilayətlərinin əraziləri məsələsi üzrə hələlik razılıq əldə olunmayıb.

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью