Ukrayna əraziləri qaytara bilməyəcək, yardım da bitir Severa

13.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

ABŞ-ın bu il Ukraynaya ayırdığı hərbi yardımı 2025-ci ilin ilk altı ayına bəs edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun (BNB) rəhbəri Yaçek Severa bildirib.

“Məncə, Ukraynanın 2024-də ABŞ-dan gələn il üçün də bəs edəcək hərbi yardım alması optimist proqnozdur. Əslində, bu rəqəm gələn il üçün altı aydır”, - büro rəhbəri vurğulayıb.

Severa həmçinin qeyd edib ki, hazırda Ukraynanın Rusiya ordusu tərəfindən işğal olunmuş əraziləri geri qaytarması mümkün deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью