Icma.az bildirir, Axar.az portalına istinadən.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın müəyyən ərazilərini itirəcəyini istisna etməyib.
Axar.az xəbər verir ki, bu barədə Kreml rəhbəri “Valday” Beynəlxalq Müzakirə Klubunun plenar iclasında çıxışı zamanı deyib.
"Əgər Ukrayna NATO-ya qoşularsa, ölkənin cənub-şərqinin ayrılmaq hüququ var", - deyə Rusiya lideri vurğulayıb.
Putin qeyd edib ki, Ukrayna müstəqil şəkildə mövcud ola bilməz və kənardan idarə olunur.