Ukrayna ərazisinə yeni raket zərbələri

01.07.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyulun 1-də səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Kamensk rayonuna raket zərbəsi endirib. Bu barədə Dnepropetrovsk administrasiyasının Sergey Lısak öz Teleqramında məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Onun sözlərinə görə, hücum nəticəsində ölən və yaralananlar olub.

Administrasiya rəhbəri əlavə edib ki, atəş açılandan sonra yanğın baş verib.

Daha əvvəl bildirilmişdi ki, iyunun 30-da Rusiya qoşunları Krivoy Roq şəhərində rayon ərazi çağırış və sosial dəstək mərkəzlərindən birinin binası yaxınlığında PUA-dan zərbə endirib. Üç nəfər yaralanıb.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью