Ukrayna əsir siyahısını Moskvaya göndərdi

22.05.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva Kiyevdən “1000-ə 1000” formuluna əsasən mübadilə üçün əsirlərin qarşılıqlı siyahısını alıb.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a deyib.

“Bəli, doğrudan da, biz onu indi almışıq”, - deyə Peskov müvafiq suala cavabında bildirib.

Qeyd edilir ki, belə bir mübadilə haqqında razılıq Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən İstanbulda aparılan danışıqlar zamanı əldə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью