Ukrayna əsirliyindən azad edilən ruslar Moskvaya gətirildi

06.02.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna əsirliyindən azad edilmiş rus hərbçilər Moskvaya gətirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb .

Hərbçilər İl-76MD hərbi-nəqliyyat təyyarəsi ilə gəliblər.

Bir gün əvvəl Rusiya və Ukrayna “150-yə 150” düsturuna əsasən hərbi əsir mübadiləsi həyata keçiriblər. Moskvaya uçuşdan əvvəl Rusiya hərbçiləri Belarus ərazisində olublar . Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilib, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılıb. Rusiyada onlar Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya keçəcəklər.

Rusiya Müdafiə Nazirliyi rus hərbçilərinin əsirlikdən qaytarılmasında humanitar vasitəçilik edən Birləşmiş Ərəb Əmirliklərinə minnətdarlığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью